Bəzi elmi araşdırmalar göstərir ki, kişilərin aktiv cinsi həyat tərzi xərçəngi riskini azalda bilər.
Sfera.az xəbər verir ki, 2016-cı ildə dərc olunan genişmiqyaslı tədqiqatda ay ərzində təxminən 21 dəfə münasibətdə olan kişilərdə prostat xərçənginin yaranma riski, ayda cəmi 4-7 dəfə cinsi əlaqəda olanlarla müqayisədə daha aşağı olduğu müşahidə edilib.
Lakin tədqiqatçılar vurğulayırlar ki, bu nəticə səbəb-nəticə əlaqəsini sübut etmir və yalnız iki faktor arasında əlaqənin olduğunu göstərir.
Digər araşdırmalarda da oxşar nəticələr qeydə alınsa da, bəzi tədqiqatlarda ziddiyyətli və ya qeyri-müəyyən nəticələr əldə olunub. Mütəxəssislər bildirirlər ki, xərçəng riskinə təsir edən əsas amillər sırasında sağlam qidalanma, fiziki aktivlik və ümumi həyat tərzi mühüm rol oynayır. Bu səbəbdən, mövzu ilə bağlı nəticələr maraqlı olsa da, bunu qəti qoruyucu üsul kimi qəbul etmək doğru deyil və uzunmüddətli sağlamlıq üçün mütəmadi tibbi müayinələr vacibdir.
Niyaz Hacıyev
Sfera.az