Bir müddət öncə kista əməliyyatı zamanı yanlışlıqla bağırsağı kəsilən mşhur türkiyəli aktrisa Aslı Bekiroğlu xəstəxana otağından yeni paylaşım edib.
Sfera.az xəbər verir ki, bağırsağından yeddinci dəfə əməliyyat olunan aktrisa çətin təcrübəsini izləyiciləri ilə bölüşüb.
Xəstəxanadan çıxa bilmədiyini deyən Bekiroğlu son əməliyyatının 9 saat davam etdiyini və həkimlərin belə müalicə kursu ilə bağlı dəqiq qərar verə bilmədiyi qeyri-müəyyən bir dövrdən keçdiyini deyib:
"Bu gün xəstəxanadan evə buraxılacağımı düşünürdüm. Amma olmadı. Evə gedə bilmirəm. Hətta həkimlər belə artıq nə edəcəklərini bilmirlər” . \azxeber.com