Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunda yük və minik avtomobilləri toqquşub.


 


Sfera.az xəbər verir ki, hadisə yolun 90-cı kilometrliyində, Siyəzən rayonu ərazisində qeydə alınıb.


 


Quba istiqamətində hərəkətdə olan yük maşını idarəetmənin itirilməsi nəticəsində beton maneələrə çırpılaraq yolun əks tərəfinə çıxıb. Bu zaman qarşıdan gələn VAZ-21015 markalı avtomobillə toqquşub.


 


Qəza zamanı minik avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


 


Hər iki avtomobilə və yol təsərrüfatına ziyan dəyib.


 


Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır. \azərtac