"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva mövsümün sonunda komandadan ayrılacaq.
Sfera.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, portuqaliyalı futbolçunun klubla hazırkı müqaviləsi iyunun 30-da başa çatır.
31 yaşlı Silva 2017-ci ildə "Monako"dan "Mançester Siti"yə transfer olunub. O, İngiltərə təmsilçisi ilə altı Premyer Liqa çempionluğu, beş Liqa Kuboku, üç İcma Şildi və iki FA Kuboku qazanıb. Bundan əlavə, yarımmüdafiəçi klubla UEFA Çempionlar Liqası, UEFA Super Kuboku və FIFA Klublararası Dünya Kubokunun qalibi olub.
Qeyd edək ki, "Mançester Siti" hazırda İngiltərə Premyer Liqasında 31 turdan sonra 64 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Niyaz Hacıyev
Sfera.az