Son dövrlərin ən populyar ifaçılarından biri kimi tanınan Rıza Tamer axşam saatlarında keçirdiyi narahatlıqdan sonra xəstəxanaya aparılıb, lakin həkimlərin səylərinə baxmayaraq həyatını itirib.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, sənətçi axşam saatlarında qəbul etdiyi dərmanlardan sonra dincəlmək üçün uzanıb. Bu zaman onun vəziyyəti qəfil pisləşib. İddialara əsasən, Tamer ürəkbulanma və nəfəs darlığı hiss edib, bu isə yaxınlarının dərhal təcili tibbi yardım çağırmasına səbəb olub. Hadisə yerinə gələn paramediklər tərəfindən ilkin müdaxilə göstərildikdən sonra müğənni təcili olaraq xəstəxanaya çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Sənətçinin meneceri faciəli xəbəri təsdiqləyərək bildirib: “Onun ölüm xəbərini dəqiqələr öncə aldım, hazırda şokdayam”.
Qeyd edək ki, Rıza Tamer tez-tez konsert proqramları üçün İstanbula səfər edir və son dövrlərdə musiqi fəaliyyəti ilə geniş auditoriya qazanmışdı.
Fidan Hacızadə
Sfera.az