Bu ili özü üçün “duetlər ili” elan edən Xalq artisti Röya Ayxan uğurlu layihələr silsiləsini sürətlə davam etdirir. İlin əvvəlindən etibarən bir-birinin ardınca maraqlı işlər təqdim edən pop kraliça, bu dəfə yeni “Ay qız” mahnısı ilə dinləyicilərini sevindirib.
Sfera.az xəbər verir ki, sənətçinin yeni musiqi parçası qardaşı İsmail Zadə tərəfindən bəstələnib. Mahnının sözləri isə Həmid Məmmədli imzasını daşıyır. “Ay qız” bu dəfə duet formatında təqdim olunub. Röya Ayxan mahnını yaxın dostu Əkbər Əliyev ilə birlikdə səsləndirib. Layihədə sənətçinin qardaşı İsmail Zadə ilə əməkdaşlığı yenidən diqqət mərkəzinə düşüb.
Ard-arda hitlər ərsəyə gətirən bəstəkar, hər yeni işi ilə dinləyicilərin rəğbətini qazanmağı bacarır. Ekran işi rejissor Roman Yaşar tərəfindən hazırlanıb. Layihənin musiqi tərtibatında Oğuz Yılmaz yer alıb “Ay qız” artıq bütün sosial platformalarda geniş rezonans doğuraraq, qısa müddətdə hitə çevrilməyə ən güclü namizədlərdən biri hesab olunur. Qeyd edək ki, Röya Ayxanın builki "duet marafonu" pərəstişkarları tərəfindən böyük maraqla izlənilir.
Bəsti Rəfizadə
Sfera.az