Şamaxıda doğuş zamanı başından zədə alan körpə Bakıya gətirilsə də, vəfat edib.


 


Sfera.az xəbər verir ki, aprelin 11-i rayonun Mərzəndiyə kənd sakini 1995-ci il təvəllüdlü L.Mikayılovanın dünyaya gətirdiyi uşaqda beyinə qansızma aşkar edilib.


 


Yenidoğulmuş aprelin 16-sı Bakıda “Ege Hospital”da ölüb.


 


Faktla bağlı araşdırma aparılır.