Sumqayıt şəhərində yerləşən şadlıq evlərindən birində ölüm hadisəsi baş verib.


 


Sfera.az xəbər verir ki, şəhər sakini, 1975-ci il təvəllüdlü Gülüstan Şahlar qızı Əhmədova toy mərasimində iştirak edərkən halı qəfil pisləşib.


 


Ona ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.


 


Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.


 


Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır, ölümün səbəbləri müəyyənləşdirilir.\teleqraf