“Apple” artan istehsal xərclərinə baxmayaraq, yeni flaqman modellərində qiymətləri sabit saxlamağı planlaşdırır.


 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, şirkət bu addımla smartfon bazarında rəqiblər üzərində üstünlüyünü qorumağı hədəfləyir.


 


“iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərində qiymət artımı tətbiq olunmayacaq və “Apple” bu qərarla bazarda daha geniş istifadəçi kütləsinə çıxmağı planlaşdırır. Məlumatlara əsasən, yeni “iPhone 18 Pro” seriyası yalnız üç rəngdə təqdim edilə bilər: tünd boz, tünd qırmızı və gümüşü ağ.


 


Bu addımın istehsal xərclərini optimallaşdırmaq məqsədi daşıdığı bildirilir. “Apple” artan “DRAM” və digər aparat xərclərini son istifadəçiyə ötürməmək üçün mənfəət marjasını qismən azalda bilər. Şirkətin xidmətlərdən əldə etdiyi yüksək gəlirlərin isə bu yükü kompensasiya etdiyi qeyd olunur. Bildirilir ki, hazırda məlumatlar rəsmi təsdiqini tapmayıb.


 


Fidan Hacızadə


Sfera.az