66 yaşlı keçmiş York hersoginyası və Şahzadə Endryunun keçmiş həyat yoldaşı Sara Ferqyuson təxminən 7 aylıq sükutdan sonra qəfildən Avstriyada peyda olub.


 


Sfera.az bildirir ki, Sara Ferqyuson Alp dağlarındakı lüks bir xizək kurortunda qara rəngli “Mercedes” mikroavtobusundan çıxanda görülüb.


 


"Mavi palto geyinmiş və firuzəyi rəngli çantalı Sara  qırmızı saçlarını ağ beysbol papağının altında gizlədib"- deyə şahidlər bildiriblər.


 


2025-ci ildə York hersoginyası titulundan məhrum edilən Sara Ferqyuson 213 gündür ki, ictimaiyyət qarşısına çıxmayıb. O, qalmaqallı amerikalı milyarder Ceffri Epşteynin işi üzrə ifadə vermək çağırışları arasında səssiz qalıb. Keçmiş kral ailəsinin üzvü, digər şeylərlə yanaşı, Epşteynlə arasında olan elektron yazışmaları açıqlandığı anda ictimaiyyətin diqqətindən yayınıb.


 


Aynil