Madridin dar küçələrindən birində maraqlı tarixi bir restoran var.


 


Sfera.az bildirir ki, “Sobrino de Botin” dünyanın ən qədim restoranı kimi qeydə alınıb. 1725-ci ildən bəri eyni yerdə xidmət göstərir. Ən diqqət çəkən detalı sobasının heç vaxt sönməməsidir. Eyni ənənə əsrlər boyu qorunub saxlanılıb.




İspaniyanın paytaxtı Madriddə yerləşən “Sobrino de Botin” 1725-ci ildə fransız aşpaz Jan Botin tərəfindən təsis edilib. Açılışından bəri eyni ünvanda fəaliyyət göstərən restoran, dünyanın ən qədim fasiləsiz fəaliyyət göstərən restoranı kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.


 


Müəssisənin ən diqqət çəkən xüsusiyyətlərindən biri açılışından bəri istifadədə olan odunla işləyən sobadır. Bu soba illərdir heç vaxt söndürülməyib. Daş divarları və taxta detalları ilə qorunan bu obyekt təkcə restoran deyil, həm də tarixi bir yer hesab olunur. 


 


“Sobrino de Botin” illər ərzində bir çox tanınmış şəxsiyyəti qəbul edib. Onlardan biri Ernest Heminquey olub. Məşhur yazıçı bu yeri "Günəş də doğur" romanında təsvir etmiş və Madriddə olduğu müddətdə tez-tez ziyarət etmişdir.


 


Digər diqqətəlayiq detal Fransisko Qoya ilə bağlıdır. Məşhur rəssamın gəncliyində burada qabyuyan işlədiyi məlumdur. Bu, restoranın təkcə qastronomiyada deyil, həm də mədəniyyətdə mühüm bir tarixə malik olduğunu göstərir.


 


Restoranın ən məşhur yeməyi koşinillo asado və ya qovrulmuş əmzikli donuzdur. Bu yemək 300 ildir istifadə edilən odunla işləyən sobada hazırlanır. Eyni bişirmə üsulu və reseptlərlə süfrəyə verilməyə davam edir.


 


Müasir restoran konsepsiyaları bu gün geniş yayılsa da, “Sobrino de Botin” ənənəvi quruluşunu qoruyub saxlayır. Bu, həm yerli sakinləri, həm də turistləri cəlb etməyə davam edir. Əsrlər boyu davam edən bu sistem, restoranı qastronomiya baxımından da vacib bir nöqtəyə çevirir.


 


Aynil