ABŞ-ın İranla müharibədən qalib çıxmaq şansı yoxdur.


 


Sfera.az xəbər verir ki, bu barədə amerikalı hərbi ekspert Daniel Devis deyib.


 


"ABŞ-ın bu müharibədə hərbi qələbə qazanması üçün sadəcə olaraq heç bir real yol yoxdur. Tapşırıq çox mürəkkəbdir, bütün arsenalımızdan daha çox resurs və sursat tələb edəcək”, - ekspert bildirib.


 


O vurğulayıb ki, Vaşinqton heç vaxt İranı ələ keçirməyə cəhd etməməli idi.


 


Devisin fikrincə, ABŞ-ın mövcud vəziyyətdən yalnız bir çıxış yolu var: Səhv qərarının nəticələrini qəbul etmək və hər şeyi ən yaxşı şərtlərlə bitirmək.