ABŞ Prezidenti Donald Tramp cümə günü İranla bağlı “olduqca yaxşı xəbər” aldığını bildirsə də, bunun təfərrüatlarını açıqlamayıb.
Sfera.az xəbər verir ki, onun sözlərinə görə, “bəzi yaxşı xəbərlər alınıb”. Tramp qeyd edib ki, “İrana gəldikdə, Yaxın Şərqdə işlər yaxşı gedir”. ABŞ lideri əlavə məlumat verməkdən imtina edib.
“Bunu öyrənəcəksiniz. Bu, baş verəcək bir şeydir və düşünürəm ki, baş verəcək”, – deyə Ağ Ev rəhbəri Vaşinqtona gedərkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Niyaz Hacıyev
Sfera.az