İran silahlı qüvvələri ABŞ-nin tətbiq etdiyi blokada fonunda Hörmüz boğazına nəzarəti yenidən bərpa edib.


 


Sfera.az xəbər verir ki, bu barədə İslam Respublikası Ali Şurasının Mərkəzi Qərargahının mətbuat katibi açıqlama verib. Yayımlanan məlumatda bildirilir ki, “Hörmüz boğazına nəzarət bərpa edilib və bu strateji əhəmiyyətli keçid silahlı qüvvələrin ciddi nəzarəti altındadır”.


 


Qərargahın açıqlamasında vurğulanır ki, ABŞ İran gəmilərinin hərəkətinə maneə yaratmağa davam etdiyi müddətdə boğazdakı vəziyyət yüksək nəzarət rejimində saxlanılacaq.


 


Fidan Hacızadə


Sfera.az