Bakıda bədbəxt hadisə baş verib. 


 


Sfera.az  xəbər verir ki, Nərimanov rayonunda 3 yaşlı uşaq pəncərədən yıxılıb. 


 


Hadisə aprelin 17-si saat 14 radələrində, azyaşlının yaşadığı Həsən Əliyev küçəsindəki evdə qeydə alınıb. 


 


2023-cü il təvəllüdlü Etibar Qafarov 4-cü mərtəbədən yıxılaraq ölüb.


 


Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.