Tanınmış sovet, Rusiya və Belarus kinorejissoru Vyaçeslav Nikiforov 83 yaşında vəfat edib. 


 


Sfera.az xəbər verir ki, bu barədə Belarus Kinematoqrafçılar İttifaqının Mətbuat xidməti məlumat yayıb. 


 


Vyaçeslav Nikiforov karyerası ərzində 30-dan çox film və serial çəkib. Onun ən məşhur filmləri sırasında “Dövlət sərhədi”, “Kral balıqçısı”, “Atalar və oğullar” və “Zadəgan quldur Vladimir Dubrovski” var.