Türkiyəli aktrisa Feyha Çelenk vəfat edib.


 


Sfera.az xəbər verir ki, aktrisa 80 yaşında dünyasını dəyişib. 


 


9 avqust 1945-ci ildə İstanbulda doğulan Feyha Çelenk Türk teatr tarixində xüsusi bir yerə sahibdir. O, 1987-1994-cü illər arasında Dövlət Teatrları tarixində müdir vəzifəsinə təyin olunan ilk qadın sənətçi olmuşdur./milli.az