Sumqayıt şəhərində gəncin ölümü ilə nəticələnən hadisə qeydə alınıb.


 


Sfera.az xəbər verir ki, hadisə şəhərin futbol meydançalarının birində qeydə alınıb.


 


Belə ki, 2003-cü il təvəllüdlü Əliyev Müsü Etibar oğlu futbol oynayarkən qəfil halı pisləşib.


 


Ətrafdakı şəxslərin köməkliyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


 


Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır./ report