Füzuli rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.


 


Sfera.az xəbər verir ki, qəza rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb.


 


Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil ilə “VAZ-2107” markalı maşın toqquşub.


 


Qəza nəticəsində 1990-cı il təvəllüdlü Əli Vəliyev və 2000-ci il təvəllüdlü Mirqəşəm Talıbov hadisə yerində həyatını itirib.


 


Hadisə zamanı xəsarət alan 1995-ci il təvəllüdlü Süleyman Süleymanov və 2001-ci il təvəllüdlü Rəşad Namazəliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.


 


Məlumata görə, qəzada həyatını itirən şəxslər hərbçi, yaralanan R.Namazəliyev isə ANAMA əməkdaşıdır.


 


Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Qafqazinfo.az