Yaxın günlərdə ölkə ərazisində havanın temperaturu 5-8 dərəcə enəcək.



 


Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edib.


 


Bildirilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 20-dən 21-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər saatlarında intensiv yağışın bir qədər güclənəcəyi istisna olunmur.




Azərbaycanın rayonlarında aprelin 20-21-də hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

 


Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.