Xəbər verdiyimiz kimi “Agalarov Development” şirkəti artıq “Sky Breeze Shahdag”da satışa start verildiyini elan edib.


 


Sfera az bildirir ki, Emin Ağalarov növbəti dəfə “İnstagram” hesabında təqdimat videosunu paylaşıb.


 


Qeyd edək ki, “Sky Breeze Shahdag” ilk qış məkanı olmaqla, Azərbaycanın ən mənzərəli dağ-xizək bölgələrindən birinin mərkəzində, 20 hektar ərazidə yerləşir. Kompleksə kotteclər və yaşayış kompleksləri daxildir.


 


“Sky Breeze Shahdag” şəhər həyatının rahatlığını, müasir kurort estetikası ilə dağ istirahətinin təbiətə yaxın atmosferini birləşdirir.




“Sky Breeze Shahdag” aktiv istirahəti sevənlər və möhtəşəm qarlı zirvələr arasında komfortu dəyərləndirənlər üçün bir yenilikdir.