Finlandiyada bir dirijor konsert zamanı nadir bir 18-ci əsr skripkasını bilmədən yerə çırpıb.
Sfera.az bildirir ki, hadisə Finlandiyanın Lahti şəhərində orkestrin çıxışı zamanı baş verib. Dirijor Metyu Halls bir anda həvəsə gələrəkz ifaçı Elina Välälenin skripkasına əli ilə vurub. Hadisə tamaşaçıların gözü qarşısında baş verib və internetdə yayılıb.
Məlum olub ki, dirijor italyan Giovanni Battista Guadagnini tərəfindən 1-3 milyon dollar arasında dəyərində olan 18-ci əsrə aid qiymətli skripkanı yerə çırpıb.
İfaçı melodiyanı tamamlayarkən, dirijorun güclü jestləri qəribə bir hadisəyə səbəb olub. Belə ki, o, skripkaya toxunub və skripka havaya uçaraq yerə dəyib. Fin skripkaçısı şoka düşüb və dirijor dərhal orkestri dayandırıb.
"Mən öz ifamı bitirmişdim və alətdən tutduğum qolu boşaltmışdım. Elə bu zaman dirijorun əli skripkaya toxundu və skripka əllərimdən uçub getdi. Xoşbəxtlikdən, möcüzəvi şəkildə ayağımı qarşıma qoymağı bacardım və skripka birbaşa yerə çırpılmadı"- deyə Elina Välä bildirib.
Dirijorun özü hadisənin necə baş verdiyini xatırlamadığını deyir. Lakin sonradan kadrlara yenidən baxaraq kədərləndiyini, Elinadan və bütün ansambldan üzr istədiyini bildirib.
Konsertdən sonra nadir skripka müayinə üçün mütəxəssislərə göndərilib. Xanım Välä alətin heç bir ciddi xarici zədə almadığını deyir, lakin daha ətraflı məlumat mütəxəssislərin qiymətləndirməsindən sonra məlum olacaq.
Daha sonra skripkaçı bu hekayə barədə “Facebook” səhifəsində paylaşım edib. O, yumorla özünü "ayağı ilə yıxılma anını dayandıra" bilən bir ninja kimi hiss etdiyini yazıb.
O, əlavə edib ki, ümumilikdə mütəxəssislər aləti yaxşı vəziyyətə gətiriblər. Orkestr, Elina və dirijor Halls qəribə hadisəyə baxmayaraq birlikdə ifa etməkdən məmnun olduqlarını, yaşananların isə maraqlı təcrübə olduğunu bildiriblər.