İngiltərə Premyer Liqasının növbəti turunda "Mançester Siti" doğma meydanda "Arsenal" üzərində 2:1 hesablı qələbə qazanıb.
Sfera.az xəbər verir ki, görüşdə hesabı 16-cı dəqiqədə Rayan Şerki açıb. Erlinq Holand 65-ci dəqiqədə fərqlənərək komandasının üstünlüyünü möhkəmləndirib. Qonaq komandanın yeganə qolunu isə 18-ci dəqiqədə Kay Haverts vurub. Bu nəticədən sonra "Mançester Siti" 32 oyundan sonra xallarının sayını 67-yə çatdıraraq turnir cədvəlində ikinci pillədə qərarlaşıb.
"Arsenal" isə ardıcıl ikinci məğlubiyyətini almasına baxmayaraq, 33 oyundan sonra 70 xalla liderliyini qoruyur. Növbəti turda "Mançester Siti" aprelin 22-də səfərdə "Börnli" ilə üz-üzə gələcək. "Arsenal" isə aprelin 25-də "Nyukasl" komandasını qəbul edəcək.
Niyaz Hacıyev
Sfera.az