Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Asiya və Sakit okean üzrə Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb.


 


Sfera.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.


 


Bildirilib ki, tərəflər Azərbaycanın UNESCAP-a sədrliyi dövründə prioritetlərini, Azərbaycan ilə Tailand arasında ikitərəfli münasibətlərin perspektivlərini, həmçinin regional məsələləri müzakirə ediblər.


 


"Asiya və Sakit okean üzrə BMT İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Anutin Çarnvirakul ilə görüşməkdən məmnun oldum.


 


Tərəfdaşlığımızı daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirəm", - deyə C. Bayramov "X" hesabında qeyd edib.