Fransa çempionatının 30-cu turunda “PSJ” doğma meydanda “Lion”a 1:2 hesabı ilə məğlub olub.
Sfera.az xəbər verir ki, qonaqların qollarını Hendrik (7-ci dəqiqə) və Afonso Moreyra (18-ci dəqiqə) vurub. Paris təmsilçisindən Xviça Kvaratsxeliya 90+4-cü dəqiqədə fərqlənib. “PSJ”nin hücumçusu Qonsalo Ramos 33-cü dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib. Turnir cədvəlində “PSJ” 63 xalla liderliyini davam etdirir. “Lion” isə 54 xalla 4-cü pillədə qərarlaşıb. Qeyd edək ki, paytaxt klubu növbəti oyununu aprelin 22-də evdə “Nant”a qarşı keçirəcək. “Lion” isə aprelin 25-də “Oser”lə üz-üzə gələcək.
Niyaz Hacıyev
Sfera.az