İngiltərə Premyer Liqasının 33-cü turunda “Liverpul” səfərdə “Everton” üzərində 2:1 hesablı qələbə qazanıb.


 


Sfera.az xəbər verir ki, oyunda qələbə qollarını Məhəmməd Salah 29-cu dəqiqədə və Vircil van Deyk 90+10-cu dəqiqədə vurublar. “Everton”un yeganə qolunu isə 54-cü dəqiqədə Betu qeyd edib. Qarşılaşmanın 27-ci dəqiqəsində VAR müdaxiləsindən sonra İliman Ndiayenin vurduğu qol qeydə alınmayıb.


 


Bu nəticədən sonra “Liverpul” 55 xalla turnir cədvəlində beşinci pillədə qərarlaşıb. “Everton” isə 47 xalla onuncu yerdədir. Növbəti turda “Liverpul” aprelin 25-də “Kristal Palas”la qarşılaşacaq. “Everton” isə həmin gün səfərdə “Vest Hem”in qonağı olacaq.


 


Niyaz Hacıyev


Sfera.az