Pakistanlı vasitəçilər İran nümayəndə heyətinin danışıqlarda iştirak edəcəyini açıqlayıblar.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Pakistanın paytaxtı İslamabadda keçirilən ilk tur görüşlərdən konkret nəticə əldə olunmasa da, prosesin davam etdirilməsi qərara alınıb.
Məlumata görə, danışıqların ikinci mərhələsinin nə vaxt keçiriləcəyi ilə bağlı hələlik qəti bir tarix açıqlanmayıb. Qeyd edək ki, ABŞ nümayəndə heyəti ötən gün Pakistana səfər edib. İran tərəfi isə bu gün rəsmi qərarını verərək müzakirələrdə iştirak edəcəyini təsdiqləyib.
Mövzu ilə bağlı əlavə təfərrüatlar gözlənilir.
Bəsti Rəfizadə
Sfera.az