Tanınmış türk aktyoru Kadir Doğulu 44 yaşını həyat yoldaşı, aktrisa Neslihan Atagül ilə birlikdə evlərinin bağçasında təşkil etdikləri özəl məclislə qeyd edib.
Sfera.az xəbər verir ki, cütlük son dövrlərdə şəxsi həyatlarını daha qapalı saxlamaqları ilə gündəmə gəlib. Zaman-zaman haqqında yayılan şayiələr və xəyanət iddiaları ilə diqqət mərkəzinə düşən Doğulu və Atagül uzun fasilədən sonra yenidən ictimaiyyət qarşısında görünərək ad günü tədbirində bir araya gəliblər.
Çıxışı zamanı Kadir Doğulu maraqlı açıqlamaları ilə diqqət çəkib. O, dünyada müharibələrin dayanmasını istəyənlərin əvvəlcə öz ailələrindəki münaqişələri həll etməli olduqlarını bildirib və bu səbəbdən bəzi şəxsi problemlərə görə üzr istəyib. ABŞ və İran arasındakı gərginliyə də toxunan aktyor bunun cəmiyyətlərin daxili problemləri ilə bağlı olduğunu qeyd edib və “döyüşməyin, sevin” mesajını verib.
Daha sonra həyat yoldaşı Neslihan Atagülü öpən Doğulu zarafatla “Bax, biz başladıq!” deyərək dünyadakı müharibələrin absurdluğuna diqqət çəkib. Məclisdə yaşanan bu anlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Mənsumə
Sfera.az