Doğuş zamanı travma alan azyaşlı Yusifli Camal Yasin oğlu hazırda ciddi sağlamlıq problemləri ilə mübarizə aparır. Həkimlər ona serebral iflicin ən ağır dərəcəsi diaqnozu qoyublar.


 


Uşağın vəziyyəti ağırdır. O, otura, yeriyə və danışa bilmir, görmə qabiliyyəti yoxdur, eşitmə problemi var və epileptik tutmalar keçirir. Müntəzəm olaraq müalicələr, masaj və fiziki məşqlər alır. Müalicə dayandırıldıqda isə vəziyyəti daha da pisləşir. Həkim təyinatı ilə bədən gərginliyinin azaldılması üçün botoks iynələri vurulur. Bu iynələrin hər biri 1200 manatdır və dövlət tərəfindən qarşılanmır.


 


Bundan əlavə, uşağa 1500 manata xüsusi protez ayaqqabı alınıb. Gündəlik masaj və reabilitasiya xidmətlərinin dəyəri isə 20 manat təşkil edir. Hazırda ailənin maddi imkanı bu xərcləri qarşılamağa yetmir. Üstəlik, uşağın səhhəti son günlər daha da ağırlaşıb və pnevmoniya keçirdiyi bildirilir. Bu səbəbdən təcili müalicəyə başlanılması vacibdir.


 


Ailə xeyirxah insanlardan imkan daxilində dəstək göstərmələrini xahiş edir. Uşağın vəziyyəti ilə maraqlanan şəxslər əlaqə saxlayaraq əlavə məlumat əldə edə və təqdim olunan sənədlərlə tanış ola bilərlər.


 


Əlaqə: 055 661 37 81 (WhatsApp mövcuddur)


 


Kart: 4169 7388 5291 6208 (Kapital Bank)