Yaponiyanın şərq sahillərində 7,4 magnituda gücündə dəhşətli zəlzələ baş verib.




Sfera.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.




Məlumata görə, yeraltı təkanlar ölkənin şərq sahillərini silkələyib. Zəlzələnin kifayət qədər güclü olduğu və geniş ərazidə hiss edildiyi vurğulanıb.




Təbiət hadisəsindən dərhal sonra regionda tsunami təhlükəsi elan edilib. Aidiyyəti qurumlar sahilboyu ərazilərdə yaşayan sakinləri ayıq-sayıq olmağa və hündür yerlərə sığınmağa çağırıb.




Dağıntı və tələfat barədə hələlik rəsmi məlumat yoxdur.




Bəsti Rəfizadə

Sfera.az