Sabah Azərbaycanda hava necə olacaq?


 


Aprelin 21-də gözlənilən hava proqnozu açıqlanıb.




 


Bakıda və Abşeron yarımadasında hava necə olacaq?


 


Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Axşama doğru yağış tədricən kəsiləcək.


 


Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.


 


Havanın temperaturu gecə 10-12° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-75 % təşkil edəcək.


 


Azərbaycanın rayonlarında hava necə olacaq?


 


Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.


 


Havanın temperaturu gecə 7-11° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.