1912-ci ildə Sauthemptondan Nyu-Yorka gedərkən Şimali Atlantik okeanında aysberqlə toqquşaraq batmış RMS “Titanik”dən sağ çıxan sərnişinə məxsus xilasetmə jileti hərracda rekord qiymətə satılıb.
Sfera.az xəbər verir ki, İngiltərədə fəaliyyət göstərən "Henry Aldridge & Son" hərrac evinin təşkil etdiyi satışda həmin tarixi eksponat təxminən 906 min dollara alıcı tapıb. Məlumata görə, xilasetmə jileti birinci sinif sərnişinlərdən biri olan Laura Mabel Francatelli tərəfindən istifadə edilib. O, gəmidən xilasetmə qayığına keçə bilən sərnişinlərdən olub. Jiletin üzərində həmin qayığa çıxarılan digər sərnişinlərin imzalarının da olduğu bildirilir. Hərracda yalnız bu eksponat deyil, digər nadir əşyalar da satılıb.
Belə ki, “Titanik”in xilasetmə qayıqlarından birinə aid oturacaq yastığı da təxminən 527 min dollara alıcı tapıb. Hərracçı Endryu Oldric bildirib ki, bu cür rekord satışlar “Titanik” hekayəsinə olan marağın hələ də güclü şəkildə davam etdiyini və faciədə həyatını itirən və ya xilas olan insanların xatirəsinə göstərilən ehtiramı əks etdirir.
Qeyd edək ki, “Titanik”lə bağlı xatirə əşyaları arasında indiyədək ən yüksək qiymət 2024-cü ildə keçirilən hərracda qeydə alınıb. O zaman RMS “Car
Xatırladaq ki, 10 aprel 1912-ci ildə İngiltərənin Sauthempton limanından yola çıxan RMS “Titanik” 15 aprel 1912-ci ildə Şimali Atlantik okeanında aysberqlə toqquşaraq batmışdı. 1985-ci ildə qalıqları tapılan gəmi “dünyanın ən böyük buxar sərnişin gəmisi” kimi tarixə düşüb. Onun uzunluğu 269 metr, eni 28 metr, çəkisi isə 52 310 ton olub.
Mənsumə
Sfera.az