"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 10 may tarixində Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.

 


Bu barədə Sfera.az-a ADY-dən bildirilib.

 


Həmin gün qatarlar bu marşrutla hər iki istiqamətdə hərəkət edəcək.

 


Qatar Bakıdan Ağdama saat 07:10-da, Ağdamdan Bakıya isə saat 18:10-da yola düşəcək.