Dünyaca məşhur müğənni və aktrisa Cennifer Lopez baş rolda yer aldığı yeni romantik komediya filmi “Ofis Romantikası” ilə bağlı fikirlərini bölüşüb.
Sfera.az xəbər verir ki, müğənni layihə haqqında danışaraq ekran işinin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Lopez bildirib ki, filmdə rol almaq üçün heç bir dinləmə (kastinq) prosesindən keçməyib. Onun sözlərinə görə, ssenari xüsusi olaraq onun üçün yazılıb. Brett Qoldşteynin ssenari müəllifi olduğu və Co Kelli ilə birgə hazırladığı film, iş mühitində yaranan qadağan olunmuş romantik münasibəti mərkəzə alır.
Ekran işində Lopez və Qoldşteynin canlandırdığı personajlar ofis qaydalarına baxmayaraq bir-birinə aşiq olan iki insanın hekayəsini əks etdirir. Filmlə bağlı diqqətçəkən məqamlardan biri də baş rolların ifaçıları arasındakı yaş fərqidir. Cennifer Lopez 56, Brett Qoldşteyn isə 45 yaşındadır. Bu fərq layihə ətrafında müzakirə olunan mövzulardan biri kimi gündəmə gəlib. Lopez isə onların ekran kimyasını yüksək qiymətləndirərək, “Çox güclü və elektriklidir” sözləri ilə ifadə edib.
Mənsumə
Sfera.az