Ermənistanda iqtisadi aktivliyin artım tempi yanvar ayında 7,6 faizdən fevral ayında 7,2 faizə düşüb.
Sfera.az bu barədə Dünya Bankının Ermənistan üzrə aylıq iqtisadi inkişaf hesabatına görə məlumat verir. İnflyasiya artmaqda davam edərək mart ayında əsasən ərzaq qiymətləri ilə əlaqədar olaraq 4,5 faizə çatıb. İlin əvvəlində qeydə alınan azalmalardan sonra, fevral ayında Ermənistanın həm ixracı, həm də idxalı ikirəqəmli artım qeydə alıb. Ermənistanda fevral ayında proqnozlaşdırılan illik ÜDM-in 0,2 faizinə bərabər olan büdcə kəsiri qeydə alınıb, lakin iki aylıq ümumi balans hələ də profisitdədir.
Firuzə Əliyeva
Sfera.az