Abşeron rayonunda ölüm hadisəsi qeydə alınıb.


 


Sfera.az xəbər verir ki, hadisə Masazır qəsəbəsində yerləşən qadın gözəllik salonlarından birində baş verib.


 


1997-ci il təvəllüdlü Rəhimov Surxay işlədiyi zaman qəfildən halı pisləşib və o, hadisə yerindəcə vəfat edib.


 


Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.


 


Faktla bağlı araşdırma aparılır./teleqraf