Moskva məhkəməsi fırıldaqçılıqda ittiham olunan VTB Bank-ın keçmiş baş vitse-prezidenti Aleksandr Ter-Avanesovu qiyabi olaraq həbs edib.


 


Sfera.az xəbər verir ki, Meşçanski Rayon Məhkəməsinin qərarı ilə Ter-Avanesov Rusiyaya ekstradisiya və ya deportasiya ediləcəyi təqdirdə həbs ediləcək.


 


Ter-Avanesov külli miqdarda dələduzluq etməkdə ittiham olunur.


 


Onu 10 ilə qədər həbs cəzası gözləyir./teleqraf