Ağcabədidə ağır yol-nəqliyyat hadisəsi baş verib.


 


Sfera.az xəbər verir ki, qəza rayonun Hindarx qəsəbəsində qeydə alınıb. Belə ki, Ağdam rayon sakini Gündüz Süleymanovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili hərəkətdə olarkən “KamAZ” markalı yük avtomobili ilə toqquşub.


 


Hadisə nəticəsində sürücü Gündüz Süleymanov hadisə yerində həyatını itirib. Avtomobildə olan sərnişinlər — Aysel adlı qadın və Yalçın adlı şəxs ağır bədən xəsarətləri alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.


 


Faktla bağlı araşdırma aparılır./unikal