Türkiyənin Sakarya şəhərində "yüzillik yubileyi" olan Ömər Oğur, 84 ildir davam etdirdiyi dönər ustası peşəsilə insanları heyran edir. 100 yaşına çatmasına baxmayaraq, peşəsinə olan sevgisini itirməyən Oğur, hər həftə həm biznesə nəzarət etmək, həm də yarım əsrdir onunla birlikdə işləyən oğluna rəhbərlik etmək üçün onun dükanına gəlir.


 


Sfera.az bildirir ki, 1956-cı ildə peşəkar həyatına başladığı restoranda fəal şəkildə çalışan Ömər Oğur dönər kabab hazırlamağın sadəcə bir iş deyil, həm də bir həyat tərzi olduğunu sübut edir.


 


Hər cümə günü dükanına gedən yüzillik usta, işinə olan hörmətini "İşimi yoxlamağa gəlirəm. Bu işi 80 ildir ki, edirəm və hələ də eyni dəqiqliklə yanaşıram"-sözləri ilə ifadə edir.


 


Usta Ömər 1976-cı ildən bəri himayəsinə götürdüyü və təlim verdiyi oğlu Metin Oğurun ustalığından qürurla danışır.


 


Usta dönərçi oğlunun adını və mirasını yaşadacağını, bayrağı etibarlı əllərə təhvil verdiyini vurğulayaraq deyir: "Oğlum çox yaxşı dönər hazırlayır, mənim adımı davam etdirəcək". 15 yaşında atası ilə birlikdə ofisiant köməkçisi kimi işə başlayan və 49 ildir onunla çiyin-çiyinə işləyən Metin Oğur, atasının hələ də ilk günkü intizamına sahib olduğunu bildirir.


 


Ət seçimindən tutmuş doğrama texnikasına qədər peşənin bütün incəliklərini atasından öyrəndiyini bildirən Metin Oğur: 


 


"Atamın 80 illik zəhmətini davam etdirmək məni çox xoşbəxt edir. Hər axşam evə gedəndə soruşur ki, "İşlər necə getdi?"-deyir.


 


 100 yaşı olsa da, yenə də işinə sahib çıxır və hər cümə günü sexə gəlib işi yoxlayır.


 


Aynil