Kuril adaları sahillərində 7,4 bal gücündə zəlzələ qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə “Cənub-Saxalinsk” stansiyasının məlumatında deyilir.
Seysmik hadisə 20 apreldə Saxalin vaxtı ilə saat 18:52-də baş verib. Təkanların dərinliyi 12 km olub.
Dağıntı və tələfat barədə informasiya verilmir./axar.az