Pirallahı rayonunda qəza olub.


 


Sfera.az xəbər verir ki, İntizar Umudovun idarə etdiyi “Mercedes” markalı avtomobil Pirallahı-Qala yolunun Dübəndi bağ massivində hərəkətdə olarkən piyada keçidindən keçən 1968-ci il təvəllüdlü Aləddin Salmanovu vurub.


 


Ağır xəsarətlər alan piyada hadisə yerində ölüb.


 


Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.