İngiltərə Premyer Liqasında mübarizə aparan “Vulverhempton”un növbəti mövsümdən etibarən aşağı liqada çıxış edəcəyi rəsmiləşib.


 


Sfera.az xəbər verir ki, komanda “Lids”ə 3:0 hesabı ilə məğlub olduqdan sonra Premyer Liqadan düşməyə məhkum olub. Həftənin əvvəlində “Vest Hem”in “Kristal Pelas”la 0:0 hesablı heç-heçəsi “canavarlar”ın taleyini həll edib. Bu nəticə ilə “Vulverhempton” mövsümün başa çatmasına 5 tur qalmış riyazi olaraq Premyer Liqanı tərk edib. Mövsüm boyu xüsusilə müdafiədə ciddi problemlər yaşayan (61 qol buraxan) və hücumda istənilən nəticəni göstərə bilməyən Molineks təmsilçisi uğursuz çıxışla yadda qalıb.


 


Komanda dekabrın ortalarınadək cəmi 2 xal toplayaraq demək olar ki, erkən “aşağı liqaya düşmə” təhlükəsini reallığa çevirib. 2026-cı ilin əvvəlində baş məşqçi Rob Edvardsın rəhbərliyi altında beş oyunluq məğlubiyyətsizlik seriyası ilə qısa müddətli dirçəliş yaşansa da, mövsümü xilas etmək mümkün olmayıb. Beləliklə, ardıcıl 8 mövsüm Premyer Liqada çıxış edən “Vulverhempton” yenidən İngiltərə çempionatının aşağı divizionuna düşüb.


 


Niyaz Hacıyev


Sfera.az