Dünyaca məşhur pop ulduzu Keti Perri Romada maraqlı və bir qədər də qeyri-adi hərəkəti ilə gündəmə gəlib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, müğənni şəhərin simvollarından biri olan “Trevi Fountain” yaxınlığında arzuların gerçəkləşməsi üçün edilən ənənəni fərqli şəkildə icra edib.
Hadisə şahidlərinin sözlərinə görə, metal pul tapa bilməyən sənətçi arzu tutmaq üçün kredit kartını fəvvarəyə atıb. Bu an qısa zamanda sosial mediada yayılıb və geniş müzakirələrə səbəb olub. Bəzi pərəstişkarlar bu addımı yumorla qarşılasa da, digərləri məşhur müğənninin davranışına təəccüblə reaksiya verib.
Qeyd edək ki, “Trevi” fəvvarəsi turistlərin arzu tutaraq suya sikkə atdığı ən məşhur məkanlardan biri hesab olunur və hər il minlərlə ziyarətçi bu ənənəni davam etdirir.
Fidan Hacızadə
Sfera.az