Türkiyəli aktrisa İrem Helvacıoğlu həyat yoldaşı Ural Kasparla boşanıb.
Sfera.az xəbər verir ki, cütlüyün boşanma sənədləri ortaya çıxıb. Bəlli olub ki, İrem təzminat, aliment və təhsil xərclərini üzərinə götürməmək üçün Ural ilə razılaşıb. O, bunun müqabilində qızına öz soyadını verəcəyi ilə bağlı maddəni boşanma ərizəsinə daxil edib.
Bununla da qızı yalnız İremin soyadını daşıyacaq.
Qeyd edək ki, 2024-cü ildə evlənən cütlüyün 6 aylıq Sora adlı qızları var.\axşam.az