Avropada bir çox ölkə bir-birinə bənzəyir. 2008-ci ildə müstəqilliyini elan edən gənc ölkə Kosovo isə eynən Türkiyəyə bənzəyir. Turisrlərə Türkiyənin bir yerinə gəlmiş kimi hiss etdirən ölkə, eyni zamanda türk dilini rəsmi dillərindən biri kimi tanıyır.
Sfera.az bildirir ki, son zamanlar Kosovo, xüsusən də Prizren, Priştina şəhərləri, ölkəmiz və Türkiyədən səyahət edənlər arasında böyük təəccüb doğurub. 2008-ci ildə müstəqilliyini elan edən Kosovoya səfər edənlər, Türkiyənin bir yerinə gəlmiş kimi hiss edirlər. Çünki iki ölkə uzun müddətdir eyni tarixi bölüşür və buna görə də mədəni cəhətdən oxşardırlar.
Kosovo təxminən 500 il Osmanlı İmperiyasının tərkibində olub. Bu uzun birlik dövrü ölkədə dərin izlər buraxıb. Memarlıq, kulinariya mədəniyyəti, adət-ənənələr və ən əsası dildə oxşarlıqlar bu gün də müşahidə olunur.
Kosovanın bəzi bölgələrində türk dili "rəsmi dil" statusuna daxil edilib.
2024-cü ildə Lipjan Bələdiyyə Şurasında keçirilən iclasda Kosovo Demokratik Türk Partiyasının (KDTP) millət vəkili Enis Kervanın türk dilinə "rəsmi dil" statusu vermək təşəbbüsü yekdilliklə qəbul edilib. Bu təşəbbüs türk dilinin əsrlər boyu Kosovoda mövcud olması və 2024-cü ildə türk dilinin Kosovonun başqa bir bələdiyyəsində rəsmi status qazanması səbəbindən irəli sürülüb.
Kosovo qanunvericiliyinə görə, bələdiyyə sərhədləri daxilində ənənəvi olaraq danışılan bir dil təmsilçilik nisbətindən asılı olmayaraq "rəsmi dil" statusuna malik ola bilər. 2024-cü il əhali siyahıyaalmasının nəticələrinə görə, ölkədə ümumilikdə 19.419 türk yaşayır, onlardan təxminən 50.000-i ana dilindən əlavə türk dilində də danışır.
Kosovada yaşayan türklərin sayı hər il artır.
Türk dili Prizren və Mamuşa bələdiyyələrində rəsmi dillər arasında, həmçinin Gjilan, Cənubi Mitrovitsa, Priştina və Vuştri bələdiyyələrində istifadə olunan dillər arasındadır. Türkiyə ilə Kosovo arasındakı güclü münasibətlər də var. Türkiyə 239 milyon avro dəyərində ixracla Kosovonun ticarət tərəfdaşları arasında üçüncü yerdədir. Kosovoda 900-dən çox qeydiyyatdan keçmiş türk şirkəti var ki, bunlardan 44-ü investordur və təxminən 7.000-9.500 nəfərə iş imkanı yaradır.
Kosovaya gələn türkdillilər özlərini evlərindəki kimi hiss edir və yeni bir mədəniyyət kəşf etmək təcrübəsindən zövq alırlar.
Aynil