Azərbaycan kubokunun ilk finalçısı bəlli olub.


 


Sfera.az xəbər verir ki, “Zirə” həlledici qarşılaşmaya vəsiqə qazanıb.


 


İlk oyunda 2:0 hesablı qələbə qazanan Rəşad Sadıqovun komandası cavab matçında “Turan Tovuz”la 0:0-lıq heç-heçəyə imza atıb.


 


Bununla da onlar finala adlayıb. “Zirə”nin rəqibinim adına isə “Sabah” - “Qarabağ” matçından sonra aydınlıq gələcək.