"American Pie" və "Scary Movie" filmlərindəki rolları ilə tanınan aktrisa Şennon Elizabeth “OnlyFans” profili yaradıb. O, bunu verdiyi müsahibədə açıqlayıb.
Sfera.az bildirir ki, 52 yaşlı aktrisa platformanın təklif etdiyi azadlıq səbəbindən “OnlyFans” modeli olmağa qərar verdiyini vurğulayıb. Şennon deyir ki, bu, ona pərəstişkarları ilə birbaşa ünsiyyət qurmağa və yaradıcı vizyonunu öz şərtləri ilə həyata keçirməyə imkan verir.
"Bütün karyeramı Hollivudda keçirmişəm: başqa insanların qərarlarımı idarə etdiyi yerdə. İndi bunu dəyişdirmək istəyirəm: əvvəllər heç kimin görmədiyi daha seksual tərəfimi göstərmək və həmçinin pərəstişkarlarıma daha yaxın olmaq”- deyə Elizabeth izah edib.
Aynil