Təzə nanə çeynəməyin daha bir möcüzəvi faydası məlum olub. Adətən ağız qoxusuna qarşı istifadə edilən bu bitki, sən demə, çəki atmağa da kömək edirmiş.




Sfera.az xəbər verir ki, yay ayları yaxınlaşdıqca artıq çəkidən xilas olmaq istəyənlər üçün bu üsul əsl xilaskardır.




Elmi araşdırmalar göstərir ki, təzə nanə çeynəmək aclıq hissini ciddi şəkildə azaldır. Nanənin tərkibindəki mentol maddəsi ağız və burundakı xüsusi nöqtələrə təsir edərək beyinə "soyuqluq" siqnalı göndərir. Bu reaksiya nəticəsində yeməklər insana müvəqqəti olaraq cəlbedici görünmür və yemək istəyi azalır.




Təkcə nanəni çeynəmək deyil, onun qoxusu belə insanı tox tutur. Tədqiqatlara görə, nanə qoxusu duyan insanlar gün ərzində daha az kalori qəbul edirlər.




Həkimlər bildirirlər ki, səhərlər 1-2 yarpaq təzə nanə çeynəmək gün boyu gərəksiz qəlyanaltı ("abur-cubur") istəyini minimuma endirir.




Bəsti Rəfizadə

Sfera.az