İmişli rayonunda canavarlar kəndə hücum ediblər.

 


Sfera.az "Report.az"a istinadən xəbər verir ki, hadisə rayonun Muradxanlı kəndində baş verib.

 


Kənddə fərdi təsərrüfata sürü halında hücum edən canavarlar 2 baş qoyunu parçalayıb, 1-ni isə yaralayıblar.

 


Kənd sakinlərinin sözlərinə görə, bu cür hal kənddə ilk dəfədir, olur.