İtaliya Kubokunun yarımfinal mərhələsinin cavab oyununda "İnter Milan" evdə “Komo”nu 3:2 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.
Sfera.az xəbər verir ki, qarşılaşma Milanda keçirilib. Qolları Hakan Çalhanoğlu (69 və 86-cı dəqiqələr) və Petar Suçiç (89) vurub. Rəqibdən isə Martin Baturina (32) və Luka da Kunya (48) fərqlənib. İlk oyun 0:0 hesabı ilə başa çatdığı üçün “İnter” ümumi nəticəyə əsasən finala yüksəlib. Finalda “İnter” “Atalanta” – “Latsio” cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun 2:2 hesabı ilə başa çatıb, cavab oyunu 22 apreldə Berqamoda keçiriləcək. Final isə 13 mayda oynanılacaq.
Qeyd edək ki, “İnter” İtaliya Kubokunu indiyədək 15 dəfə qazanıb.Rekord isə 22 dəfə kuboka sahib olan “Yuventus”a məxsusdur. Ötən mövsüm isə titulu “Bolonya” qazanıb.
Niyaz Hacıyev
Sfera.az